star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Trampın zəngi: Dünya dəyişəcək, yeni Yalta başlayır

Trampın zəngi: Dünya dəyişəcək, yeni Yalta başlayırABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra təkcə Moskva ilə Vaşinqton arasında deyil, həm də Moskva ilə Pekin arasında münasibətlər dəyişəcək. Bəli, dünyada çox şey dəyişəcək.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın telefon danışığını şərh edərkən deyib.

“Odur ki, Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvaya səfər edəcək Si Szinpinlə Vladimir Putin arasında danışıqlar proqramına ciddi düzəlişlər ediləcəyini güman etmək məntiqlidir. Həmçinin Tramp Putinin Moskvaya səfər etmək dəvətini qəbul edib. Səfərin həm də Böyük Qələbənin ildönümünə təsadüf edəcəyini istisna etmək olmaz. Belə olsa, zəmanəmizin üç böyük dövlətinin liderlərinin müharibədən sonrakı dünya nizamı ilə bağlı razılığa gəldiyi yeni Yalta Konfransına şahidi olacağıq. Dünən Kremlin dəvətinə naz edən və buna öz şərtlərini diktə etməyə çalışan postsovet respublikalarının (təkcə postsovet yox!) rəhbərləri bu gün Moskvaya çatmaq üçün var gücü ilə çalışacaq. Onların bəziləri bu gün artıq Moskvaya qarşı iddialarından əl çəkib, sanki ümumiyyətlə, belə bir şey olmayıb. Sürətlə dəyişən tendensiyaları dərhal hiss etmək böyük eqoları olan kiçik bufer ərazilərin hökmdarlarına məxsus haldır”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər