Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası şərtlərini açıqlayıb

Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası şərtlərini açıqlayıbRusiya ilə diplomatik əlaqələr Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən qurula bilməz.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” həftəlik nəşrinə müsahibəsində bildirib.

"Bizim diplomatik əlaqələrimiz yoxdur və Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən olmayacaq. Lakin yenə də biz praqmatik siyasət yürüdürük. Praqmatizm olmadan Gürcüstan əlbəttə ki, sağ qala bilməz", - o bildirib.

İ.Kobaxidzenin sözlərinə görə, bu, ölkə tarixinin əsas dərslərindən biridir. Eyni zamanda, Baş nazir qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı münasibətlərdə konkret istiqamətlər var: "Ölkəmizin ərazi bütövlüyü bərpa edilmədən diplomatik əlaqələr, əlbəttə ki, bərpa olunmayacaq. Bu, təkcə siyasi deyil, həm də hüquqi məsələdir".

O bildirib ki, Gürcüstan və Rusiya arasında hələ də diplomatik əlaqələr, siyasi əlaqələr, təmaslar yoxdur, “ona görə də kommunikasiyanın bu hissəsi, sadəcə son dərəcə məhduddur”.

"Lakin bizim ticari, iqtisadi əlaqələrimiz var, bu gün vəziyyət belədir və biz münasibətlərimizdəki bu mənzərəni qoruyub saxlamaq niyyətindəyik", - Baş nazir əlavə edib.

Rusiya bu gün Gürcüstanın ikinci böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 5,4 % artaraq 5,4 milyard dollar təşkil edib. 2024-cü ildə Gürcüstan məhsullarının ixracında Rusiyanın payı 10,8 % təşkil edib. Rusiyadan idxal olunan malların payı isə ümumi idxalın 11,2 %-ni təşkil edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər