ABŞ-ın istənilən hücumuna cavab verməyə hazırıq
Dərc olunub:
10-02-2025, 19:40
İran ordusu həmişə olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İsrail və ABŞ-ın İran zərbə endirməsi ehtimalı ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, fevralın 4-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı ABŞ-ın maksimum təzyiqinin artırılması barədə fərman imzalayıb.