Aktauda AZAL təyyarəsinin aviaqəzada həlak olanların xatirəsinə ehsan verilib

Aktauda AZAL təyyarəsinin aviaqəzada həlak olanların xatirəsinə ehsan verilib7 fevral 2025-ci il tarixində 2024-cü ilin dekabrın 25-də Aktau şəhərində baş vermiş Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzasında həlak olanların xatirəsinə ehsan verilib.

Tədbiri Qazaxıstanın Azərbaycandakı Səfirliyi və Manqistau vilayətinin Akimatı təşkil edib.

Tədbirdə Manqistau vilayətinin Akimi Nurdaulet Kilıbay, Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Azərbaycanın Qazaxıstandakı Səfiri Ağalar Atamoğlanov, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulu Ayxan Süleymanlı, həlak olmuş qazaxıstanlıların ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri, xilasetmə işlərində iştirak etmiş qurumların nümayəndələri və Aktau şəhərinin sakinləri iştirak ediblər. Tədbirin əvvəlində Quran-i Kərimdən ayələr oxunub.

Manqistau vilayətinin Akimi Nurdaulet Kilıbay həlak olanların yaxınlarına başsağlığı verərək bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın nəticələrinin aradan qaldırılması, səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə Hökumət Komissiyası yaradılıb. Qazaxıstanın aidiyyəti qurumları, o cümlədən Manqistau vilayətinin Akimatı faciə günlərində bütün zəruri tədbirləri görüb. N. Kilıbay xilasedicilərə, tibb işçilərinə və bütün laqeyd qalmayan qazaxıstanlılara bir daha təşəkkürünü bildirib.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel vurğulayıb ki, bu gün Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər həqiqətən də müttəfiqlik xarakteri alıb. O, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstanın və Azərbaycanın türk dünyasının mühüm oyunçuları, həmçinin Avrasiya nəqliyyat-logistika sisteminin əsas həlqələri olduğunu vurğulayıb.

A. Bayel, faciədən sonra ölkələrimiz arasındakı dostluğun və qardaşlığın daha da möhkəmləndiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin dediyi sözləri xatırladıb. Bu kontekstdə o, azərbaycanlı iş adamı Amil Yusifovun təyyarə qəzasında həlak olanların ailələrinə yardım göstərmək təşəbbüsünü Qazaxıstan tərəfindən minnətdarlıqla qarşılandığını qeyd edib. Öz növbəsində, azərbaycanlı sahibkar Qazaxıstanda uğurla bizneslə məşğul olduğunu və qardaş xalqa dəstək verməyə öz borcu hesab etdiyini vurğulayıb.

Tədbir çərçivəsində Amil Yusifov həlak olmuş qazaxıstanlıların yaxınlarına Almatı şəhərindəki yeni yaşayış kompleksində yerləşən beş ikiotaqlı mənzillərin açarlarını təqdim edib. Mənzillər mebel və məişət texnikası ilə təmin olunub.

Bundan əlavə, xeyriyyəçi Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinə, Aktau şəhərinin xəstəxanasına, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil bağışlayıb.

Həlak olanların yaxınları və zərərçəkənlərə yardım göstərmiş qurumların əməkdaşları azərbaycanlı iş adamına minnətdarlıqlarını ifadə ediblər. Manqistau vilayətinin Akimi N. Kilıbay də Manqistau vilayəti ictimaiyyəti adından təşəkkür edərək, tədbirin Qazaxıstan-Azərbaycan dostluğunun növbəti rəmzi olduğunu vurğulayıb.

Galen
Galen от 10 fevral 2025 06:44
Aw, this was an exceptionally nice post.
Taking thhe time and actuall effort to create a great
article? but what can I say? I put things off a
whole loot and never seem to get nearly abything
done.

My web page; http://onolearn.co.il/jono/profile/claricecoats10/
Junior
Junior от 11 fevral 2025 15:36
Awesome! Its really awesome paragraph, I have got much clear idea on the topic of from this article.


My web-site - website
Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər