"Ukraynada prezident seçkiləri keçirilməlidir”

"Ukraynada prezident seçkiləri keçirilməlidir”"Rusiya Prezidenti Putun Ukrayna ilə danışıqların hansı şərtlər əsasında aparılacağı ilə bağlı məsələlərə münasibətini dəfələrlə bildirib. Qərb cəbhədə Ukraynanın və özünün xeyrinə olmayan vəziyyətin dəyişməsi üçün vaxtı uzatmaq və buna görə də danışıqların mərhələli həllində maraqlı ola bilər".

Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, Qərb artıq bir dəfə bu uslubdan istifadə edib, söhbət Qərbin, konkret olaraq Britaniyanın İstanbul danışıqlarını pozmasından gedir: "Rusiya qarşı tərəfin vədlərinə inanıb o zaman qoşunlarını Kiyev ətrafından uzaqlaşdırmışdı: “Rusiya əvvəlki kimi Ukraynanın bitərəf mövqedə qalmasında, onun demilitarizasiyasında, Krım və digər ərazilərin Rusiya əraziləri kimi tanınmasında israrlıdır. Bundan əlavə danışıqların aparılması üçün Rusiya Zelinski rejimini legetim saymır. Zelinski 2019-cu ildə Ukrayna prezidenti seçilib, səlahiyyət müddəti isə 2024-cü ilin mayında bitib. Ukrayna qanunvericiliyi müharibə dövründə seçkilərin keçirilməsini yasaq etmir, Zelinski isə müharibə faktoruna istinad edərək seçkiləri keçirməkdən vaz keçib və faktiki olaraq qeyri-qanuni şəkildə prezident səlahiyyətlərini icra etməkdədir.

Belə bir adamın hansısa sənədə və ya müqaviləyə imza atmasının hüquqi bazası yoxdur. Ukraynanın Konstitusiya Məhkəməsi bu amili nəzərə alaraq imzalanan sənədi qüvvədən düşmüş hesab edə bilər. Rusiya bu baxımdan etibarlılıq dərəcəsi şübhə doğurmayan hüquqi şəxslə danışıqlarda maraqlıdır ki, onun Ukrayna dövlətçiliyini təmsil etmək hüququ olsun, hazırkı şəraitdə bu Ukrayna Ali Radasının başçısı ola bilər və ya bu ilin sonunadək Ukraynada prezident seçkiləri keçirilməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər