Burada Sizin reklam ola bilər!

49 deputatın səlahiyyətlərinə xitam veriləcək

49 deputatın səlahiyyətlərinə xitam veriləcəkGürcüstan parlamentinin 49 üzvünün deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

Parlamentin Prosessual məsələlər komitəsi üç müxalifət partiyasından olan deputatlar barədə müvafiq rəyi yekun qərar qəbul edilməsi üçün plenar iclasa tövsiyə edib. Bunlar “Güclü Gürcüstan”, “Dəyişiklik üçün Koalisiya”, “Birlik – Milli Hərəkat” partiyalarıdır.

Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, 2024-cü il oktyabrın 26-da keçirilən seçkilərin yekunlarına görə, “Güclü Gürcüstan” 14, “Dəyişiklik üçün Koalisiya” 19, “Birlik – Milli Hərəkat” isə 16 mandat alıb.

“Gürcüstan Naminə Qaxariya Partiyası”nın da parlamentdə 12 mandatı var. Giorgi Qaxariyanın siyasi birliyi digər partiyalar kimi oktyabrın 26-da keçirilən seçkiləri qeyri-legitim elan edib, lakin öz deputatlarının səlahiyyətlərinə xitam verilməsi ilə bağlı bəyanat imzalamayıb.

Xatırladaq ki, “Dəyişiklik naminə”, “Güclü Gürcüstan” və “Birlik – Milli Hərəkat” koalisiyaları siyahıların geri götürülməsi tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər