Burada Sizin reklam ola bilər!

"Tramp Zelenskini güzəştə məcbur edir ə"

"Tramp Zelenskini güzəştə məcbur edir ə"ABŞ prezidenti D.Tramp Ukrayna -Rusiya müharibəsinin dayandırılması üçün Rusiya ilə danışıqlar aparıldığını qeyd edib. Amma, təfərrüatlar barədə danışmayacağını vurğulayıb. Dövlət katibi Marko Rubio həm Ukraynanın, həm də Rusiyanın güzəştə getməyi vacib olduğunu bəyan edib.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, D.Tramp danışıqlar yolu ilə müharibənin dayandırılmasına çalışır. D.Trampın bu açıqlamasından sonra Rusiya Ukraynaya genişmiqyaslı raket və aviasiya zərbələri endirib. Ukraynanın hərbi strateji obyektlərini vurub. Görünür, D. Tramp V. Zelenskini güzəştə məcbur edir:

"Rusiya atəşkəsə gedəcəksə, tutduğu əraziləri geri verməyəcək. D.Tramp Ukrayna prezidenti V. Zelenskiyə təzyiq etmək üçün Rusiyanın iki gün ərzində genişmiqyaslı hücumuna səssiz qalıb.

Rusiya ilə danışıqlara getməklə D.Tramp Avropanı təhlükəsizlik arxitekturasına böyük zərbə vurub. Almaniya, Böyük Britaniya, Fransa və digər Avropa ölkələri Ukraynaya hərbi yardım etməsələr, D. Trampın Ukraynani V. Putinə güzəştə getməsi mümkün ola bilər.

D.Tramp 19-cu əsrdə əsası qoyulmuş Monro doktirinasina qayıtmaq ssenarisini işə salıb. Monro doktirinasina görə ABŞ Avropanın işinə qarışmır, Amerika qitəsinə tam nəzarəti üzərinə götürür. Demək olar ki, Avropa İttifaqının təhlükəsizliyi və NATO -nun mövcudluğu sual altındadır. Ağ Evin siyasi qərarlarini dəyişmək üçün V. Putin rusiyali yəhudi lobbisinin vasitəsilə D.Trampa təsir edə bilməsini istisna etmək olmaz.

Qeyd edim ki, Fransa prezidenti E.Makron NATO güvən olmadığını və Avropa ittifaqının özünün ordusunu qurmağı təklif edirdi. Fransanın təklifi reallaşa bilər. NATO -nun fəaliyyətini D. Tramp iflic edib.

Avropa ölkələri Rusiyaya qarşı tam birləşə və Ukraynaya ordu yeridə bilərlər. ABŞ Ukraynaya ordu yeritmək əvəzinə, Qəzza zolağına və Ermənistana hərbi heyət göndərir. Rusiya Ukrayna müharibəsinin Kiyevin leyhinə dəyişməsi üçün Avropa ölkələri tam həcmdə Ukraynaya dəstək olmasa, D. Tramp Avropa İttifaqını dörd il ərzində zəiflədə bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər