Türkiyədəki otel yanğınına görə 28 nəfər saxlanılıb
Dərc olunub:
29-01-2025, 16:40
Türkiyənin Bolu şəhərinin dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğınla bağlı 28 nəfər saxlanılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentinin yanvarın 29-da keçirilən iclasında bildirib.
“Saxlanılanların sayı 28-ə çatıb. 19 nəfər artıq həbs edilib, 7 nəfər məhkəmə nəzarəti altındadır”, - Ərdoğan deyib.
Prezident əlavə edib ki, faciə ilə bağlı araşdırma 8 mütəxəssisdən ibarət qrup tərəfindən aparılır.
Kartalkaya dağ-xizək kurortunda baş verən faciədə 78 nəfər həlak olub.