star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya
Burada Sizin reklam ola bilər!

Moskvanın Bakıya təhdidləri yersizdir

Moskvanın Bakıya təhdidləri yersizdirRusiya və İranın Azərbaycana qarşı təhdid və təzyiqləri artırdıqları bir vaxtda rəsmi Bakının Ankara ilə qardaşlıq və strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirməsi təbiidir. Azərbaycan həm şimal, həm də cənub qonşumuzla münasibətləri həmişə konstruktiv müstəvidə saxlamağa çalışsa da, lakin sözügedən qonşularımızın aqressiv xarici siyasət doktrinasından çıxış etmələri qonşuluq münasibətlərimizə zaman-zaman problem yaradıb və yaratmaqdadır.

Molla rejimi ümumiyyətlə, Azərbaycanla münasibətlərin normallaşdırılmasında heç vaxt maraqlı olmayıb. Rusiya isə son aylarda baş verən bir sıra geosiyasi dəyişikliklərdən və AZAL-ın təyyarəsinin Qroznıda vurulmasından sonra yalançı "müttəfiq"lik maskasını kənara qoyub, Azərbaycana qarşı mövqeyini dəyişib, dözümsüzlük və təhdid siyasətinə keçib. Rusiyanın son davranışları bu ölkənin müttəfiqliyinin formal olduğunu göstərir.

Türkiyə ilə təbii-tarixi müttəfiqliyimizdən daim narahat olan və buna xüsusi qısqanclıqla yanaşan Kreml həmçinin Azərbaycanın yeni Suriyanın qurulmasında iştirakına və eləcə də Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinə, bu ölkənin müharibədən əziyyət çəkən mülki insanlarına humanitar yardımlar göndərməsinə də dözümsüzlük nümayiş etdirir. Moskva istəyir ki, biz onun diktəsi ilə hərəkət edək.

Ümumiyyətlə, Rusiya rəhbərliyi bütün postsovet ölkələrini Belarus kimi özündən asılı vəziyyətə salmağa can atır. Bu kontekstdə Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha sıx inteqrasiyaya üstünlük verməsi Putin Rusiyasını ciddi şəkildə qıcıqlandırır. Ancaq Azərbaycan dövləti ilk növbəıdə öz milli strateji maraqlarından çıxış edir. Və Rusiya rəhbərliyi də bu reallıqla barışmalı, hesablaşmalıdır.

Moskvanın Bakıya təhdidləri yersizdir. Moskvanın təhdid və təzyiq ritorikası Bakını öz xarici siyasət kursunu əsaslı şəkildə redaktə etməyə məcbur edir. Rusiya heç bir ölkə ilə dostluq və müttəfiqlik münasibətlərini qoruyub saxlaya bilmir. Bu da onun aqressiv, davakar xarici siyasətindən qaynaqlanır. Bizim xarici siyasətimiz isə tam fərqlidir. Azərbaycan bütün qonşu ölkələri sülh və əməkdaşlıq yoluna, həmrəyliyə dəvət edir. İndi regional həmrəylik hamımız üçün vacibdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədr
i

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər