Türkiyədə 100 İŞİD üzvü saxlanıldı
Dərc olunub:
28-01-2025, 10:42
Türkiyədə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatına qarşı “Gürz-41” və “Gürz-42” əməliyyatları keçirib.
Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"da məlumat yayıb.
Onun sözlərinə görə, 24 vilayətdə keçirilən əməliyyatda 100 şübhəli saxlanılıb.