Burada Sizin reklam ola bilər!

"İran rejimi Amulini də cəzalandırmalıdır"

"İran rejimi Amulini də cəzalandırmalıdır"Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə İranın Azərbaycana qarşı qeyri-konstruktiv siyasətini kəskin tənqid etmişdi. Xüsusilə, İranda səfirliyimizə qarşı terror həyata keçirənin edam cəzasına məhkum edilməsini tələb etmişdi. İranın Ali dini rəhbərinin Ərdəbildə nümayəndəsi H. Amuli Azərbaycana qarşı təxribatçı açıqlamalar verməsi ikitərəfli əlaqələrdə yeni böhrana gətirib çıxarıb. Bu kimi təxribatlara qarşı Tehran rejimi Azərbayandan sərt mövqe gözləmirdi.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, göründüyü kimi, Prezidentin İran rəhbərliyinə qarşı sərt mesajları müəyyən nəticələr verdi:

"Birinci, İranın Təhlükəsizlik katibi Azərbaycana səfər etdi. İki ölkə arasında problemlerin yoluna qoyulması istiqamətində danışıqlar apardı. İkinci, İranda qanunsuz həbs olunan azərbaycanlı tələbə Fərid Səfərli həbsdən azad edilərək təhvil verildi. Üçüncü, səfirliyə qarşı terror edən Yasin Hüseynzadə Azərbaycanın tələbi ilə edam hökmü təsdiqləndi. Halbuki, onun işi yenidən istintaqa qayıtmışdı. Azərbaycanın digər tələbi Ərdəbilin İmam cüməsi H.Amulinin cəzalandırılmasıdır. İran rejimi H.Amuli barədə addımlar atmalıdır.

İran tərəfi problemi yaradır, sonra əl-ayağa düşür münasibətləri normallaşdirmağa çalışır. Təbii ki, İranın bu siyasəti Azərbaycanın kəskin cavabından sonra atılır. Tehran rejimi görsə ki, rəsmi Bakı onun təxribatlarına cavab vermir, daha da üstümüzə gələ bilər. Ona görə də Azərbaycan İranın təxribatlarına qarşı daima adekvat cavab verməli və sərt xətt siyasətinə üstünlük verməlidir.

İranın prezidenti M. Pezeşkianla Azərbaycan prezidentinin görüşü qarşı tərəfin mövqeyinə görə baş tutmur. Təbii ki, M. Pezeşkianın azərbaycanlı olması, belə bir görüşün baş tutmamasında əsas amillərdən biridir. İran Azərbaycan əlaqələri Tehran rejiminin siyasətindən asılı olacaq. Bu əlaqələr müxtəlif vaxtlarda gərginliklə davam etməsi istisna deyil".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər