"Rusiyanın Ukrayna müharibəsində güzəştə getməsi mümkündür"

"Rusiyanın Ukrayna müharibəsində güzəştə getməsi mümkündür"ABŞ prezidenti D.Tramp Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istisna etməyib. D.Tramp Çin sədri ilə müzakirələr aparacaq. Həmçinin Rusiya prezidenti V. Putinlə də görüşə hazır olduğunu vurğulayıb. ABŞ prezidenti bununla Rusiya güzəştə getmək istəyirsə, görüşə bilərəm mesajını vermiş oldu.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Rusiyanın Ukrayna müharibəsində bir halda güzəştə getməsi mümkün ssenaridir: "Birinci, Xerson, Xarkov və Zaparoji regionlarından çəkilməsi. İkinci, Donbasi tam nəzarətdə saxlamaq. Üçüncü, Ukraynanın Kurskdan çıxması. Dördüncü, Rusiyaya qarşı sanksiyalarin götürülməsidir. Həmçinin Ukrayna qoşunlarının Rusiyanın çıxdığı əraziyə yerləşməməsi. Moskva rəhbərliyi əlavə şərtlər irəli sürmərsə, atəşkəsə gedilə bilər.

Təbii ki, tərəflər arasında kardinal şəkildə fikir ayrılıqları var. Xüsusilə Rusiya öz təsir dairəsinin tanınmasını tələb edir. Rusiya maksimum çalışacaq ki, Vaşinqtonla danışıqlarda Krim, Donbas və Mariopulu rəsmiləşdirsin. Krim istisna olmaqla, Donbasla bağlı mövqelərdə ziddiyyətlər qalacaq. Rusiya güzəştə getməyəcəksə, sanksiyalar qüvvədə qalacaq və Ukraynaya hərbi yardımlar intensivləşəcək. Ukrayna yalnız Qərb bloklarına qosulmamaq kimi güzəştə getməsi mümkündür".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər