Burada Sizin reklam ola bilər!

"Makron bulanıq suda balıq tutmaq istəyir"

"Makron bulanıq suda balıq tutmaq istəyir"Rəsmi Parisin Qərbi Saxara və Mərakeş arasındakı münasibətlərə dair açıqlaması Əlcəzair tərəfinin narazılığına səbəb olub. Prezident Makronun Mərakeş kralı VI Məhəmmədə ünvanladığı məktubda Mərakeş və Qərbi Sudan arasındakı münasibətlərdəki problemlərin BMT-nin hələ 1991-ci ildə qəbul etdiyi qətnaməyə rəğmən nizamlanması müdafiə olunur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Qərbi Sudan 1975-ci ilə qədər İspaniya müstəmləkəsi olub.1973-cu ildə burada müstəmləkəçiliyə qarşı Sudan Xalq Cəbhəsinin rəhbərliyi ilə azadlıq uğrunda hərəkat başlayıb. İspaniya 1975-ci ildə buradan qoşunlarını çıxardıqdan sonra ərazi Mərakeş və Mavritaniya srasında böluşdürülüb.1976-cı ilə Qərbi Sudan Ərəb Demokratik Respublikasının yarandığı elan edilib. 80-dən çox ölkə, o cümlədən şimal şərqdən bu ölkə ilə həmsərhəd olan Əlcəzair onu tanıyıb. Əlcəzair ilk gundən Qərbi Sudanın Xalq Cəbhəsinə dəstək verib və bu gün də onun Mərakeş suverenliyi altında qalmasının əleyhinədir:

"Əlcəzair tərəfi düşünür ki, Makron hökuməti özünün Afrikanın şimal qərbindəki neomustəmləkəçi maraqlarını qorumaq üçün bilərəkdən regiondakı ərəb dövlətləri arasındakı münasibətləri kəskinlışdirib, bulanıq suda balıq tutmaq istəyir. Etiraf etmək lazımdır ki, Burkino Faso, Niger, Mali kimi dövlətlərin konfederasiya təşkil edərək iqtisadi inkışafı sürətlındirmək və Fransa asılılığından qurtulmaq üçün atdıqları addımların qarşısını Makron hökuməti almağa çalışır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər