Öcalan əfv ediləcək? – Ərdoğan nöqtəni qoydu
Dərc olunub:
Bu gün, 11:31
PKK terror təşkilatının lideri Abdullah Öcalan ev dustaqlığına buraxılmayacaq.
Bunu “Hürriyət” qəzetinin yazarı Abdulkadir Selvi deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna qarşıdır:
“Ərdoğan dünən səhər yeməyində deputatlarla görüşüb. Burada ona Öcalanın ev dustaqlığına buraxılıb-buraxılmayacağı ilə bağlı sual da verilib.
Prezident Ərdoğanın cavabı belə olub:
“Ev dustaqlığı deyilən bir şey yoxdur. Adam özü də çıxmaq istəmir. Bunu hardan çıxarıblar? Bağışlamaq deyə bir şey yoxdur. Körpə qatilinə əfv yoxdur”.
Ardınca Ərdoğan ədliyyə naziri Yılmaz Tunca müraciət edərək, vurğulayıb: “Bunu xalqa bildirin”.