Sizin Reklam Burada

Ermənistanın növbəti yanlış seçimi

Ermənistanın növbəti yanlış seçimiErmənistan hökümətinin “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlülk prosesinə başlanması” haqqında qanun layihəsini təsdiqləyərək parlamentin müzakirəsinə təqdim etməsi və eyni zamanda, Avropa İttifaqının (Aİ) "mülki" müşahidə missiyasının Ermənistan və Azərbaycan sərhədində fəaliyyətini davam etdirməsinə çalışması rəsmi İrəvanın hazırda dünyada cərəyan edən geosiyasi dəyişikliklərin yekun nəticələrini düzgün hesablaya bilməməsinin göstəricisidir. Ermənistanın ənənəvi müttəfiqlərini bir-birinin ardınca itirməsi bu gün rəsmi İrəvanı "saman çöpü"ndən yapışmağa və bütün imidlərini məhz Avropa İttifaqına bağlamağa vadar edir.

Qərbin solçu-liberal elitasının getdikcə zəiflədiyi və mövqelərini itirdiyi, Avropa İttifaqının qlobal dəyişikliklərlə ayaqlaşmaqda çətinlik çəkdiyi və "oyundankənar" vəziyətə düşməyə başladığı bir şəraitdə Ermənistan tərəfinin bu addımı atması onu göstərir ki, Paşinyan bu qərarı verərkən dünyadakı yeni reallıqları nəzərə almadan, daha çox ənənəvi liberal dünyaya inteqrasiya anlayışından çıxış edib. Lakin ABŞ-ın seçilmiş prezidenti Donald Tramp isə Paşinyanın ümid yeri kimi baxdığı Aİ rəhbərliyini hətta inauqurasiya mərasiminə belə dəvət etməyib. Çünki Tramp Aİ-nin ənənəvi liberal diktaturası ilə yox, mühafizəkar-sağçı qüvvələrin idarə edəcəyi yeni Avropa ilə əməkdaşlıq etməyi planlaşdırır. Ona görə də yaxın vaxtlarda Avropa İttifaqının genişmiqyaslı “yenidən qurulması” prosesinə start verilməsi gözlənilir. Yeni çağırışların öhdəsindən gələ bilməyən Aİ-nin liberal quruluşu dəyişməyə, əvəzlənməyə məhkumdur. Makronların, şoltsların, fon der lyayenlərin liberal hökmranlıq erası başa çatmaq üzrədir. Belə bir kritik dəyişikliklər məqamında Paşinyanın birmənalı olaraq solçu-liberal Avropa İttifaqına üz tutması Ermənistanın növbəti yanlış seçimidir.

Beləliklə, bu gün özü ciddi çağırışlar və dəyişikliklər perspektivi ilə üzləşən Aİ-nin Ermənistanı öz sıralarına üzv qəbul etmək ehtimalı sıfıra bərabərdir. Ona görə də Ermənistan hökumətinin Aİ-yə üzvlülk prosesinə başlanması haqqında qanun layihəsini təsdiqləməsinin real üzvlüklə heç bir əlaqəsi yoxdur. Çünki nə Ermənistan üzvlüyə hazır deyil, nədəki Avropa İttifaqının Ermənistanı üzv qəbul etmək imkanı yoxdur. Əslində, bu həqiqəti Paşinyan da yaxşı bilir. Lakin bu addım Paşinyana siyasi məqsədlər, siyasi təbliğat üçün lazımdır. O, bu addımı atmaqla həm sürətlə aşağı düşməkdə olan reytinqini qaldırmağa çalışır, həm də 2026-cı ildə keçiriləcək seçkilərə hazırlıq prosesinə indidən start verir. Başqa sözlə desək, Paşinyan ermənilərin Avropa İttifaqına üzvlük illüziyaları ilə spekulyasiya edir. Ermənistan öz çirkin oyunlarını davam etdirir. Təəssüf ki, bizim radikal müxalifətçilərimiz də Ermənistanın Avropa İttifaqına üzvlük "şou"sundan öz ölkəmizə qarşı əks təbliğat mövzusu kimi istifadə edirlər.

Rəsmi İrəvanın bu spekulyasiya və manevrləri şübhəsiz ki, Cənubi Qafqazda sülh və sabitlik üçün yeni təhdid mənbəyinə çevrilir. Ermənistan Fransa və Avropa İttifaqına bel bağlayaraq silahlanmanı davam etdirməklə və Aİ-nin Ermənistandakı "mülki" müşahidə missiyasının fəaliyyət müddətini uzatmağa çalışmaqla eskalasiyaya şərait yaradır. Ermənistanın silahlanması sülhü poza bilər. Rəsmi Bakı İrəvanın bu cür təhrikçi, revanşist addımlarına dəfələrlə öz etirazını bildirib. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də söylədi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Lakin biz bunu istəmirik. Biz sülh istəyirik. Biz Ermənistanın revanşist addımlarını, silahlanma səylərini və Aİ-nin "qanad"ı altına sığınmaqla özünü sığortalama cəhdlərini tamaşaçı kimi seyr etmək fikrində deyilik. Aİ-yə üzvlük "şou"su və "mülki" müşahidəçilərin müddətini artırmaq cəhdləri Ermənistanın real sülhdə maraqlı olmadığını göstərir. Ermənistan bu cür təxribatçı addımları ilə regionda gərginliyi daha da artırır. Lakin Azərbaycan Prezidenti 7 yanvar müsahibəsində Ermənistan rəhbərliyinə silahlanmanı dayandırmaq, faşist ideologiyasına son qoymaq, "mülki" müşahidə missiyasının müddətini artırmamaq, Minsk qrupunu buraxmaq, Zəngəzur dəhlizini açmaq və digər məsələlərlə bağlı konkret mesajlarını verib. Biz bütün bu hədəflərə nail olacaq, Ermənistanı bizim şərtlərimizlə hesablaşmağa məcbur edəcəyik.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər