Məşvərət Məclisi yeni və daha məhsuldar dönəmə qədəm qoyur
UDİAD-ın sədr müavini Mehmet Gökhan Özçubukçu CASCFEN sədri yanında Məşvərət Məclisinin yeni üzvü olub
CASCFEN sədri yanında Məşvərət Məclisinin tərkibində dəyişiklik olub. Bu barədə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyindən (CASCFEN) məlumat verilib.
Məlumata görə Türkiyənin Uluslararası Diplomatik İlişkiler, Akademik Araştırmalar ve Eğitim Derneği-UDİAD-ın sədr müavini Mehmet Gökhan Özçubukçu CASCFEN sədri yanında Məşvərət Məclisinin yeni üzvü olub.
Xəbərdə deyilir ki, Mehmet Gökhan Özçubukçu, bakalavr təhsilini Ardahan Universitetinin İqtisadiyyat və inzibati elmlər fakultəsi, siyasi elmlər və dövlət idarəçiliyi ixtisası üzrə tamamlayıb: “O, magistr təhsilini Ardahan Universiteti Lisansüstü Təhsil İnstitutunun Siyasi Elmlər və Dövlət İdarəçiliyi şöbəsində “Molla Nəsrəddin jurnalına görə Azərbaycanda millətçilik” adlı dissertasiya işi ilə bitirmişdir. Hazırda siyasi elm və dövlət idarəçiliyi sahəsində doktoranturaya hazırlaşır. Mehmet Gökhan Özçubukçu müxtəlif qurum, təşkilat və qəzetlərdə ekspert kimi məqalələr yazır. O, Azərbaycan, Güney Qafqaz, Rusiya xarici siyasəti, türk dünyası araşdırmaları və Avrasiyaşünaslıq sahələri ilə maraqlanır”.
O da qeyd edilib ki, Mehmet Gökhan Özçubukçuun üzv olması ilə Məşvərət Məclisi yeni və daha məhsuldar dönəmə qədəm qoyub. Çünki bu üzvlük, eyni zamanda CASCFEN-lə UDİAD, o cümlədən qardaş ölkədəki digər ictimai təşkilatlar arasında əməkdaşlığın qurulmasına da təkan verəcək.
Bundan başqa, Məşvərət Məclisinə il ərzində türk dünyasından bir neçə tanınmış şəxsin də daxil olacağı gözlənilir.