Sizin Reklam Burada

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır

Son illərdə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi sahədə mühüm uğurlar əldə edilir. Azərbaycan vətəndaşlarının sosial rifah halı durmadan yüksəlir, qeyri-neft sektorunda inkişaf daimi xarakter alır, sənaye istehsalı artır, dövlət büdcəsi isə rekord həddə müəyyənləşdirilir. Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bütün bunların təməlində uzun illər ərzində aparılan məqsədyönlü islahatlar, düşünülmüş siyasət dayanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı səsləndirdiyi rəqəmlər bunu bir daha təsdiqləyir. Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın əldə etdiyi uğurlara, regionda və dünyada baş verən proseslərə ətraflı nəzər salaraq, bir sıra məsələlərlə bağlı ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi.

Aparılan ardıcıl iqtisadi islahatların, qeyri-neft sektorunun inkişafı, müasir texnoloji yeniliklərə əsaslanan sənaye müəssisələrinin yaradılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini bildirən Ölkə başçısı qeyd etmişdir: “İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək”.

Ölkə Prezidenti müsahibəsində söylədiyi fikirlərlə Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə çevrildiyini, milli maraqlarının müdafiəsi üçün hər şeyi gözə alan ölkə, vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi ölkə olduğu reallıqlarını beynəlxalq aləmə bir daha çatdırdı:

“Burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır”.

Regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək.

Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də faydalıdır. Çünki bu dəhliz vasitəsilə onlar da iqtisadi dividend qazanacaqlar.
Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin sayəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə gücünün artmasını təmin edib.

Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb.

Rəşad SADIQOV,
s.e.ü.f.d., ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər