80 mindən çox miqrant Rusiyadan qovuldu
Dərc olunub:
Dünən, 14:06
2024-cü ildə miqrasiya qaydalarını pozduğuna görə 80 mindən çox miqrant Rusiyadan məcburi şəkildə qovulub.
Bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.
Bildirilib ki, təkcə Moskva şəhəri və Moskva vilayətindən 2024-cü ildə 23 min miqrant qovulub.
Qeyd edək ki, 2023-cü ildə Rusiyadan qovulan miqrantların sayı 44.2 min nəfər təşkil etmişdi.