İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi
Dərc olunub:
Dünən, 12:43
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.