Trampın xüsusi nümayəndəsi Avropa səfərini təxirə salıb
Dərc olunub:
7-01-2025, 12:27
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və digər Avropa paytaxtlarına səfərini yanvarın 20-də Trampın andiçmə mərasiminə qədər təxirə salıb.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp administrasiyasının nümayəndəsinin Kiyevə ilk səfəri yanvarın əvvəlində baş tutmalı idi. Kelloqun komandası Avropanın digər paytaxtlarına, o cümlədən Roma və Parisə də səfərlər planlaşdırırdı. Trampın vəzifəyə başlamasından sonra Kelloqun Ukraynaya səfəri gözlənilir, lakin səfərin vaxtı müəyyən edilməyib.