İstanbulda milyonlarla insan ölümlə üz-üzə - HƏYƏCAN TƏBİLİ
Dərc olunub:
6-01-2025, 15:52
16 milyon insanın yaşadığı Türkiyənin İstanbul şəhərində yerləşən Mərmərə dənizi bölgəsində baş verə biləcək zəlzələ nəticəsində 4 milyona yaxın insan həlak ola bilər.
Bu proqnozla Türkiyənin aparıcı seysmoloqu Naci Görür çıxış edib.
"Metropolisin dörd milyona yaxın sakini mümkün zəlzələ qarşısında ölümlə üz-üzədir. Maddi itkilər ağlasığmazdır. İstanbulun aidiyyəti qurumları belə şəhərdəki binaların 60%-dən çoxunun zəlzələyə davamlı olmadığını etiraf edirlər. İstanbuldakı zəlzələ bizi yıxacaq, zarafat etmirəm, əgər Mərmərə bölgəsi dağılarsa, bütün Türkiyə diz çökəcək", - deyə o, qeyd edib.
Seysmoloq qeyd edib ki, Mərmərə dənizi bölgəsində 10 ildir ki, tektonik qırılmaların tədqiqi aparılır.