star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Gürcüstanda hərbi xidmət 6 ay oldu

Gürcüstanda hərbi xidmət 6 ay olduYanvarın 1-dən Gürcüstanda məcburi müddətli xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, artıq çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcəklər.

Hərbi xidmətə çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək.

Gürcüstanda müddətli xidmət ödənişli olmaqla məzuniyyət və istirahət günlərindən ibarət olacaq. Çağırışçı özü üçün üç xidmət variantından birini seçə bilər.

Bildirilir ki, döyüş bölməsində xidmət - 6 ay, mühafizə və təminat bölmələrində xidmət - 8 ay, kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə xidmət isə 11 ay olacaq.

Hərbi xidmətə çağırış il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, döyüş bölməsində xidmətə çağırış aprelin 15-dən başlayacaq.

Mühafizə və təminat bölmələrində xidmətə çağırış dörd mərhələdə - martın 15-də, iyunun 1-də, avqustun 15-də və noyabrın 1-də həyata keçiriləcək.

Kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə çağırış isə oktyabrın 15-də başlayacaq.

Yeni qaydalara əsasən çağırışçılar əvvəlki iş yerlərini saxlayacaqlar, dövlət qurumunda çalışırlarsa, maaşlarını alacaqlar, xidmət yerində isə onlara istirahət günü veriləcək, həmçinin ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı yaradılacaq.

Qaydalara görə, hərbi xidmətdən bir dəfə möhlət almaq olar, bu 5 min lariyə, yəni 2 min dollara başa gələcək.

Eyni zamanda, layihə çərçivəsində bütün dini konfessiyaların xidmətçiləri alternativ xidmət keçəcəklər.

Tələbələr istəsələr, özlərinə uyğun variantı seçərək ildə bir dəfə bir ay və ya fasiləsiz zabit rütbəsi almaq üçün intensiv kurs keçə bilərlər.

Tələbələr öz istəklərinə uyğun variant seçə bilərlər. Yəni onlar ya ildə bir dəfə 1 ay müddətinə kurs keçə bilərlər, ya da bu kursu təhsildən ayrılmadan keçə biləcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər