"Azərbaycan Tehrandakı səfirini geri çağırmalıdır"
İranın Ali dini rəhbərə bağlı rəsmilərin və qrumların anti-Azərbaycan açıqlamaları iki ölkə arasında yeni siyasi böhrana gətirib çıxarır. Ərdəbilin İmam Cümləsi H.Amuli və SEPAH bağlı BƏSİC qüvvələri Azərbaycanı açıq hədəfə alıblar. Ərdəbil də Azərbaycan və Türkiyəni hədəf alan şüarlar birbaşa hakim dairələr tərəfindən kordinasiya edilir.
Avrasiya.net xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinə terror hayata keçirən BƏSİC üzvüdür. Azərbaycanın Türkiyə ilə kordinasiyalı siyasəti və Suriyada ikitərəfli əməkdaşlığı Tehranı "özündən" çıxarıb. Məhz Azərbaycanı İranda hədəfə gətirən SEPAH-dır:
"SEPAH -dan Ali dini rəhbər S.Xameneiyə tabedir. Məhz İranın azərbaycanlı prezidentinin Azərbaycana səfərinə prezident İlham Əliyevlə görüşünə SEPAH mane olur. İran Azərbaycana qarşı düşmənçilik fəaliyyətini yenidən açıq şəkildə davam etdirir. Azərbaycan Tehranda səfirliyini müvəqqəti bağlamalı və diplomatlar təhlükəsizlik səbəbinə görə Bakıya geri dönməlidir. İranın aqressiv siyasəti hər keçən gün inkişaf edir. İranın ölkəmizdə müvəqqəti işlər vəkilinə çağırıb etiraz bildirmək Tehran üçün sıradan bir məsələdir".