star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Molla rejimi Azərbaycana qarşı təxribatlara son qoymasa...

Molla rejimi Azərbaycana qarşı təxribatlara son qoymasa...Bu günlərdə İranın ali dini rəhbəri sayılan Seyid Əli Xameneinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amelinin iştirakı ilə keçirilən bir tədbirdə Azərbaycana və Türkiyənin dövlət başçılarına qarşı xoşagəlməz ifadələrin səsləndirilməsi bir daha onu göstərir ki, İranın molla rejimi də Pəhləvi şah rejimi kimi türk düşmənçiliyi siyasətini davam etdirir və "İslam Respublikası" pərdəsi altında əslində fars şovinizminin güclənməsinə şərait yaradır.

Ərdəbildə hökumət rəsmilərinin də iştirak etdiyi həmin mərasimin İran dövlət televiziyasında canlı yayımlanması Azərbaycan və Türkiyə əleyhinə rəsmi səviyyədə təbliğat aparıldığını əyani surətdə təsdiq edir. Ona görə də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi sözügedən tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etirazın bildirilməsi tamamilə düzgün addımdır.

Molla rejimi bu cür qızışdırıcı hərəkətlərə, təxribatlara təcili son qoymalıdır. Çünki Amuli kimi provokatorların təhrikedici addımları İranla Azərbaycan arasında ikitərəfli münasibətlərin korlanmasına xidmət edir. Belələri İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan təbliğatı aparmaqla, nifrət və düşmənçilik ab-havası yaratmaqla dövlətlərarası və insanlararası münasibətlərin normallaşmasına qəsdən mane olurlar.

Rəsmi Tehran həqiqətən də Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında və genişlənməsində maraqlıdırsa, Seyid Həsən Ameli kimi araqarışdıranlarla bağlı təxirəsalınmaz tədbirlər görməli, ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlməyən hərəkətlərin qarşısı qeyd-şərtsiz olaraq alınmalıdır. Molla rejimi Azərbaycana qarşı bu kimi təxribatlara son qoymasa, bu hərəkətlərin arxasında bilavasitə onun özünün dayandığını sübut etmiş olacaq. Beləliklə, Amulinin təxribatı molla rejiminin özünü ifşa edəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər