Rusiyanın bu şəhərlərində uçuşlar dayandırıldı
Dərc olunub:
2-01-2025, 02:36
Rusiyanın Penza, Saransk, Kaluqa və Saratov şəhərlərinin hava limanlarında uçuşlar dayandırılıb.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Uçuşların müvvəqqəti dayandırıldığı bildirilsə də, hansı səbəbdən belə bir qərarın verildiyi barədə açıqlanmayıb.