star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bolnisidə sakinlərlə polis arasında qarşıdurma yaranıb - FOTO

Bolnisidə sakinlərlə polis arasında qarşıdurma yaranıb - FOTOGürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində 2 azərbaycanlı yeniyetmənin ölümü ilə nəticələlənən avtomobil qəzası ilə bağlı məlumat yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun məlumatında qəzanı törədən 2003-cü il təvəllüdlü sürücünün həbs edildiyi qeyd olunub.

“Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli və Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsi törətmiş sürücü, 2003-cü il təvəllüdlü T.Ç. həbs olunub.

İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs avtomobilində 4 sərnişinlə magistral yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə biri yerində, digəri isə tibb müəssisəsində olmaqla 2 piyada ölüb. İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır”, - məlumatda deyilir.

Qeyd edək ki, hadisədən sonra yerli sakinlərlə polis arasında qarşıdurma olub. Yerli KİV qarşıdurma zamanı yaralanmış 9 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Sakinlərin sözlərinə görə, avtomobilin sürücüsü və sərnişinləri sərxoş olub. Bildirilib ki, gərginlik sürücünün sakinləri təhqir etməsindən sonra artıb.

Qeyd olunur ki, əraziyə gələn təcili yardım avtomobilin qəza nəticəsində xəsarət alan yeniyetmələri deyil, avtobobilin sürqcüsünü və sərnişinlərini xəstəxanaya aparmaq istəyib.

Qarşıdurma zamanı qəza törədən avtomobil, həmçinin əraziyə gələn təcili tibbi yardım avtomobili aşırılıb. Gərginliklə əlaqədar əraziyə polis xüsusi təyinatlıları səfərbər edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər