Rusiya cinayətin izlərini gizlətmək istəyirdi - Alla Dudayeva
Hesab edirəm ki, Qroznıda bu, səhvən baş verib. Ancaq yaxınlıqdakı hava limanlarında zədələnmiş təyyarənin enişinə imkan verməyən Rusiya hava hücumundan müdafiə qüvvələrinin davranışı qəzəb doğurur. Xüsusilə də təyyarəni Xəzər dənizindən keçirtmək cəhdinə çalışması. Bu, insanların həyatından asılı olmayaraq cinayətin izlərini gizlətmək istəyidir.
Bunu Avrasiya.net-ə Çeçenistanın ilk prezidenti, generalı Cövhər Dudayevin İsveçdə yaşayan həyat yoldaşı Alla Dudayeva 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulmasına münasibətdə deyib.
O, qeyd edib ki, rus hökmdarlarının Azərbaycana qarşı nə qədər pis və rəzil işlər gördüyünü sadalasanız, internet məkanı çatmaz. Ona görə də Putinin üzrxahlığı “vedrədə bir damla”dır.
Alla Dudayeva məlum təyyarə qəzası nəticəsində həlak
olanların bütün qohumlarına və yaxınlarına başsağlığı verib, yaralananlara cansağlığı və şəfa diləyib.a
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.