İsrail martın sonuna qədər Moskvaya uçuşları ləğv etdi
Dərc olunub:
30-12-2024, 12:59
Xəbər verdiyimiz kimi, İsrailin "El Al" aviaşirkəti Moskvaya uçuşları ləğv edib.
Avrasiya.net xəbər verir ki, bu barədə RİA-ya danışan aviaşirkətin nümayəndəsi uçuşların 2025-ci ilin mart ayının sonuna qədər dayandırıldığını təsdiqləyib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub qəzaya uğramasından sonra bir neçə ölkənin hava yolları Rusiyaya uçuşlarını müvəqqəti dayandırıb.