star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Fransa Zurabişvilinin həbs ediləcəyindən qorxur

Fransa Zurabişvilinin həbs ediləcəyindən qorxurFransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad Gürcüstan prezidenti Salome Zurabişvilinin həbslə hədələnməsini qəbuledilməz adlandırıb.

Bu barədə o, X-də (keçmiş Twitter) yazıb.

"Gürcü arzusu”nun prezident Salome Zurabişvilini həbs etməklə hədələməsi qəbuledilməzdir və heç bir Avropa perspektivi ilə bir araya sığmır. Nümayişçilərə qarşı zorakılıq və hədə-qorxu dayandırılmalıdır. Fransa gürcü xalqının Avropa və demokratik istəklərini dəstəkləyir”, - o yazıb.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, səlahiyyət müddəti başa çatan ölkənin prezidenti Salome Zurabişvili müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yeni parlament seçkilərinin keçirilməsini müzakirə edib.

O, vurğulayıb ki, prezident qanunda nəzərdə tutulmayan hər hansı səbəbdən yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq. Kobaxidze həmçinin ümid etdiyini bildirib ki, dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Zurabişvilini iqamətgahdan zorla çıxarmaq və həbs etmək lazım olmayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər