star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Kadırov, təyyarəni vurmamısansa, matəm niyə elan etdin?

Kadırov, təyyarəni vurmamısansa, matəm niyə elan etdin?Çeçenistan rəhbəri Ramzan Kadırovun Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə bağlı bu gün (28 dekabr) Çeçenistanda matəm elan etməsi birmənalı qarşılanmayıb.

Avrasiya.net xəbər verir ki, politoloq Turab Rzayev etiraf və üzrxahlıq olmadan matəm elanının məqsədinin bəlli olduğunu deyib.

“Çeçenistan niyə matəm elan edir? Quş sürüsü Dağıstandan uçduğu üçün? Bizim təyyarə Aktauda qəzaya düşübsə, Kadırova nə?

Əvvəlcə təyyarəni vurduğunu elan elə, sonra matəm keçir. Təyyarəni vurmamısansa, niyə matəm elan edirsən? Öncə yardım, indi matəm - yəni, əlimizdən bu gəlir?

Bizim tərəf müqabilimiz Qroznı deyil, Moskvadır.

Yardım təklif edəcək, üzr istəyəcək, kompensasiya verəcək tərəf də Kadırov deyil”, - politoloq bildirib.

Avropada yaşayan jurnalist Elbəyi Həsənli isə qeyd edib ki, Çeçenistanda matəm elan olunması təyyarənin Rusiya tərəfindən vurulmasının dolayı yolla etirafıdır:

“Ancaq bunu Rusiya birbaşa və birmənalı etiraf etməlidir”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər