İranda polis bəluc ailəsini güllələdi: 5 nəfər öldü
Dərc olunub:
15-07-2024, 15:56
İran polis qüvvələri ölkənin Kirman və Sistan və Bəlucistan əyalətləri sərhəddində, Kəhnuc-Rudbar yolunda 5 etnik bəlucu güllələyərək öldürüb.
Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, minik avtomobilində olan 22 yaşlı sürücü, ata, ana və onların iki azyaşlı övladı hadisə yerindəcə həyatını itirib.
Onların qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olduqları ehtimalına görə avtomobillərinin atəşə tutulduğu bildirilib.
Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.