İranda daha bir məhkumun barmaqları kəsildi
Dərc olunub:
8-02-2024, 17:19
Bu gün Qum şəhərinin həbsxanasında məhbusların gözü qarşısında oğurluqda günahlandırılan Yusif .T adlı məhkumun barmaqları kəsilib.
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilib ki, məhkum SEPAH zabitinə məxsus 5 qoyunu oğurlamaqda günahlandırılıb.
Qeyd edək ki, bir müddət əvvəl Beynəlxaql Əfv Təşkilatı İran həbsxanalarında bədən əzalarının kəsilməsi cəzası ilə bağlı bəyanat yayıb.