Azərbaycan səfiri İran XİN-ə çağırılıb

Azərbaycan səfiri İran XİN-ə çağırılıbAzərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" bu barədə IRNA-ya istinadən xəbər verir.

Xarici işlər nazirinin köməkçisi Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost bəyanatlara narazılığını və kəskin etirazını səfirə çatdırıb.

"Biz bu prosesin ən qısa zamanda dayandırılmasını və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.

Səfir Əli Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini bildirərək İran tərəfinin etirazını dərhal Bakıya çatdıracağını vurğulayıb.