Sizin Reklam Burada

Patruşev İrana PUA və raket almağa gedib

Patruşev İrana PUA və raket almağa gedibRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrandan daha çox pilotsuz uçuş aparatları və raketlər almaq üçün Tehrana gedib.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

"Rusiya Təhlükəsizlik Şurasının katibini iqtisadi heyətin müşayiət etməsi aldığı hərbi texnikanın qarşılığında nə qədər maliyyə ödəyəcəyi ilə bağlıdır. Rusiya onsuz da gərgin günlər yaşayan və beynəlxalq aləmdən təcrid olunan İranı daha çox bataqlığa sürükləyir. İran dronlarının Ukrayna şəhərlərini və mülki insanları hədəf götürməsi Tehran üçün nəticəsiz qalmayacaq. Bunu İran hakimiyyəti içərisində anlayanlar da var, sadəcə İslam Keşikçiləri Koprusundan qorxduqları üçün səsləri çıxmır, “Ukraynada işğalçı müharibə aparan Rusiyaya hərbi texnika vermək düzgün deyil” deyə bilmirlər", - deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İran Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi, kontr-admiral Əli Şəmxaninin rəsmi dəvəti ilə Tehrana səfər edib. Səfər zamanı Patruşevin İranın yüksək səviyyəli siyasi və iqtisadi nümayəndələri ilə görüşləri nəzərdə tutulub. İrana səfərdə Patruşevi iqtisadi nümayəndə heyəti müşayiət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər