Rusların olduğu bina vuruldu, 200 hərbçi öldü
Dərc olunub:
7-11-2022, 08:36
Ukrayna ordusu Xerson vilayətinin Kaxovka şəhərində rusiyalı hərbçilərin yerləşdiyi binaya zərbələr endirib.
Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Zərbələr nəticəsində 200 hərbçinin öldüyü bildirilir.
"Düşmən zərbənin nəticələrini gizlədir, şəhərdə sərt inzibati və polis tədbirləri görülür", - Baş Qərargahdan bildirilib.
Bundan başqa, Radensk qəsəbəsi yaxınlığında Rusiyanın hərbi texnika karvanı da məhv edilib.