Sizin Reklam Burada

İrəvanda erməni deputat “türk agenti” adlandırıldı

İrəvanda erməni deputat “türk agenti” adlandırıldıTürkiyə parlameninin erməni əsilli deputatı Karo Paylanın Ermənistana bir neçə günlük səfəri bu ölkədə birmənalı qarşılanmayıb.

Modern.az xəbər verir ki, müxalifətdən olan bəzi tanınmış şəxslər Karo Paylanı “türk agenti” adlandıraraq, onun “persona non qrata” elan olunmasına çağırış ediblər.

Xüsusilə keçmiş deputat Nairi Zoqrabyan daha çox canfəşanlıq edib. O, Karo Paylanı Türkiyənin hakimiyyət dairələrinin öyrətdiyi emissar adlandırıb. Zoqrabyan sosial şəbəkələrdə Paylana qarşı kampaniya da başladıb.

Xatırladaq ki, bir neçə gündür İrəvanda olan Türkiyənin erməni əsilli deputatı Karo Paylan prezident Vaaqn Xaçatryan, eks-prezident Levon Ter-Petrosyan, parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslərlə görüşüb. O, görüşlərdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini müzakirə edib, bu işə töhfə verə biləcəyini qeyd edib.

Karo Paylan Türkiyə parlamentinə Xalqların Demokratik Partiyasından deputat seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər