Sizin Reklam Burada

SEPAH və “Bəsic” Xameneinin yanında olduğunu bəyan etdi

SEPAH və “Bəsic” Xameneinin yanında olduğunu bəyan etdiİran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei son iğtişaşlar fonunda Tehranın təhlükəsizliyinin müdafiəçisi kimi “Bəsic” qüvvələrinin (yarımhərbi könüllü polis təşkilatı) üzvlərinə təşəkkür edib.

Bu barədə İran mediasında yer alan məlumatlarda bildirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami Tehranda iğtişaşçılar və təhlükəsizliyi pozanlarla mübarizədə “Bəsic” üzvlərinin çətin vəziyyətdən çıxa bildiyini qeyd edib. O, “Bəsic”in ölkənin düşmənlərinin bütün bədxah hiylələrinə qalib gəldiyini vurğulayıb.

“Mehr” agentliyinin məlumatına görə, SEPAH-ın baş komandanı Hüseyn Səlami İran Silahlı Qüvvələrinin ali baş komandanı Ayətullah Seyid Əli Xameneini ziyarət edib. O, Xameneiyə bildirib: “Əvvəlcə də dediyim kimi, narahat olmayın, İran İnqilabı Keşikçiləri Korpusunun əsl qüvvələri yanınızdadır. Siz İslam İnqilabının ülvi dəyərlərini inamla və möhkəm şəkildə müdafiə edin. Bu gün İslam İnqilabını qürurla müdafiə edən “Bəsic” üzvləri və SEPAH qüvvələri sizin üçün dua edirlər” .

Seyid Əli Xamenei isə öz növbəsində SEPAH və “Bəsic” qüvvələrinə salam göndərib və onlara dua etdiyini vurğulayıb.

modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər