Türkiyə QHT-ləri Fransanın Azərbaycanla bağlı mövqeyinə etiraz olaraq aksiya keçirəcək
Dərc olunub:
25-10-2022, 11:57
Türkiyənin vətəndaş cəmiyyət institutları Fransanın Azərbaycanla bağlı nümayiş etdirdiyi mövqeyə etiraz olaraq aksiya keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik, Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin, Azərbaycan Evinin rəhbəri Aygün Attar tviterdə yazıb.
Onun sözlərinə görə, nümayiş Fransanın Ankaradakı səfirliyinin binası qarşısında baş tutacaq: "Rəsmi Parisin Ermənistan və Yunanıstanı Azərbaycan ilə Türkiyəyə qarşı təhrik etməsi qınanılacaq".
A.Attar həmçinin Fransanın hazırkı mövqeyini davam etdirəcəyi təqdirdə Türkiyənin bu ölkənin mallarını boykot edə biləcəyini də açıqlayıb.
Son xəbərlər
