ABŞ bu raket sistemlərini Ukraynaya verir
Dərc olunub:
25-10-2022, 11:23
ABŞ Ukraynaya HAVK zenit raket kompleksini vermək niyyətindədir.
Bu barədə “Röyters” məlumat yayıb.
“ABŞ Rusiyanın qanadlı raketləri və dronlarından qorunmaq üçün Ukraynaya HAVK komplekslərinin verilməsi məsələsinə baxır”, - məlumatda qeyd olunub.
Veriləcək sistemlərin sayı barədə məlumat açıqlanmayıb. Ağ Ev də bu məlumatı açıqlamaqdan imtina edib.