Ukraynanın yeni silahı: Rusiyaya zərbələr endirilə bilər
Dərc olunub:
22-10-2022, 09:14
Axar.azAZRUENآذUkrayna istehsalı olan yeni pilotsuz təyyarələr müharibənin gedişatını dəyişə bilər.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Dronların “Leleka” bazasında hazırlandığını söyləyən ekspert Rusiya ərazisinə zərbələrin endirilməsinin mümkün olduğunu bildirib:
“Bu dronlardan Rusiya ərazisinə zərbələr endirmək üçün müəyyən kontekstdə istifadə oluna bilər”.
Qeyd edək ki, oktyabrın 17-də Ukraynanın “Ukroboronprom” şirkəti yeni yerli PUA-nın istehsal olunduğunu bəyan edib. Yeni pilotsuz uçuş aparatının döyüş başlığının 75 kq və min km məsafə qət etmə potensialına malik olduğu bildirilib. Hətta yerli PUA-dan döyüş meydanında uğurla istifadə olunduğu da vurğulanıb.