Sizin Reklam Burada

Bina hazır deyil, İran tələsik konsulluq açdı - Hraparak

Bina hazır deyil, İran tələsik konsulluq açdı - Hraparakİranın Zəngəzurdakı konsulluğunun binasında aparılan təmir işləri hələ də yekunlaşmayıb. Açılış mərasimi hələ bir neçə aydan sonra baş tutmalı idi. Amma açılış bu gün və böyük ehtimal İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

“Zəngəzurdakı mənbələrimizin bildirdiyinə görə, bu gün gözlənilən hadisədən vilayət rəhbərliyinin xəbəri belə olmayıb. Əslində bu, kortəbii şəkildə baş verib. Xatırladaq ki, İran hakimiyyəti hələ ötən ilin dekabrında Zəngəzurda baş konsulluq açmaq qərarına gəlib, Abidin Varamin İran İslam Respublikasının baş konsulu təyin edilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün baş tutan açılış mərasimində Ermənistanda səfərdə olan İran XİN başçısı Hüseyn Əmir Abdullahian da iştirak edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər