Sizin Reklam Burada

Zelenski Putinin qohumlarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Putinin qohumlarına qarşı sanksiyalar tətbiq etdiUkrayna Prezidenti Vladimir Zelenski iki fərman imzalayıb.

Fərman Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) bir sıra rusiyalılara və Rusiya şirkətlərinə qarşı sanksiyalarla bağlı qərarlarını qüvvəyə mindirir.

Bu barədə Prezidentin saytında dərc olunmuş sənədlərdə məlumat verilir.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının qəbul etdiyi siyahıya müvafiq olaraq 2507 və 1374 olmaqla 3800-dən çox fiziki və hüquqi şəxs daxil edilib.

“Bu gün (19 oktyabr - red.) Ukrayna Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə bağlı iki fərman imzalayıb. Bu, böyük, çətin, əziyyətli iş idi. Bu sanksiyalar dərc edildikdən sonra Rusiya oliqarxlarının və çoxlu sayda şirkətlərin, müəssisələrin və s.-nin kifayət qədər gözlənilməz adları ortaya çıxacaq”, - deyə MTMŞ-nin katibi Aleksey Danilov “Kanal 24”ün efirində prezidentin qərarını şərh edərkən qeyd edib. (oxu.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər