Sizin Reklam Burada

Ermənistanda daha bir casus saxlanılıb

Ermənistanda daha bir casus saxlanılıbErmənistan Milli Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat idarəsinin əməkdaşları daha bir dövlətə xəyanət faktını aşkar ediblər.

Bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilib ki, bu dəfə saxlanılan şəxs də hərbçidir - xidməti vəzifəsi ilə əlaqədar dövlət və xidməti sirr təşkil edən məlumatlarla təmasda olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli əsgəri, sıravi qumbaraatan V.H.
O, 2021-ci ilin noyabr ayında “Odnoklassnik” sosial şəbəkəsi və “Votsap” tətbiqi vasitəsilə xarici xüsusi xidmət əməkdaşı tərəfindən ödəniş qarşılığında ələ alınıb.

V.H. 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddətdə hərbi hissəsinin yerləşdiyi yer, döyüş mövqeləri, onlarda xidmət qaydası, hərbi hissənin dövlət və xidməti sirri barədə məlumatları həmin şəxsin mobil telefonuna göndərib. Əvəzində xarici xüsusi xidmət orqanlarından üç bank köçürməsi yolu ilə 370 ABŞ dolları alıb, beləliklə də Ermənistan Respublikasının ərazi bütövlüyünə və xarici siyasətinə xələl gətirərək dövlətə xəyanət edib.

ER Milli İstintaq Xidmətində başlanan cinayət işi çərçivəsində sözügedən müqaviləli əsgərə qarşı ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər