Rusiyada təyyarə qəzası: ölü sayı 13-ə çatdı

Rusiyada təyyarə qəzası: ölü sayı 13-ə çatdıRusiyanın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Xilasedicilər dağıntıların təmizlənməsi işlərini başa çatdırıblar. Axtarış-xilasetmə əməliyyatları zamanı daha 10 nəfərin meyiti tapılıb. Beləliklə, həlak olanların ümumi sayı 13 nəfərə çatıb. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb", - rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər