Sizin Reklam Burada

Türkiyədə mədəndə partlayış: 22 nəfər öldü

Türkiyədə mədəndə partlayış: 22 nəfər öldüTürkiyənin Bartın vilayətinin Amasra ilçəsində daş kömür mədənində qaz sızması nəticəsində partlayış baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Dağıntılar altında işçilərin qaldığı bildirilir.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.

***

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.

Bu barədə Amasra rayonunun bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-i yaralı halda çıxarılıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində daş kömür mədənindəki partlayış baş verən əraziyə yola düşüblər.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

***

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.

Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

***

Kömür mədənində baş vermiş partlayışda 14 nəfər həyatını itirib.

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

***

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 22 nəfərə çatıb.

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, yaralılardan 8-nin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər