Sizin Reklam Burada

Ermənistan ordusunda döyüşən 3 bacı - Onlardan 1-i məhv edilib - FOTO

Ermənistan ordusunda döyüşən 3 bacı - Onlardan 1-i məhv edilib - FOTOXəbər verildiyi kimi, sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhəddində baş verən döyüşlərdə 6 erməni qadın hərbçi məhv edilib.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, məhv edilənlərdən biri 47 yaşlı İrina Qasparyandır.

Erməni mətbuatı yazır ki, İrinadan başqa onun 2 bacısı da hazırda orduda xidmət edir – Ermine və Naira. Yaşca özündən kiçik olan bacılarını orduda xidmətə də elə İrina razı salıb.

Yerli mətbuat təəssüflə qeyd edir ki, İrinanın döyüşdüyü yüksəklik hazırda Azərbaycan Ordusunun əlindədir.

İrina Qasparyan 2018-ci ildə orduda müqaviləli xidmətə keçib. Çavuş rütbəsi daşıyan erməni qadın 2020-ci ildəki 44 günlük müharibə zamanı da Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edib.

İrina Qasparyanın qumbaranın partlaması nəticəsində öldüyü bildirilir. Onun meyiti əvvəlcə Azərbaycan əsgərlərinin nəzarət etdiyi zonada qalıb. Sentyabrın 23-də Azərbaycan tərəfi İrinanın və daha 5 erməni hərbçinin meyitini Ermənistana təhvil verilib.

Məhkəmə-tibbi ekspertizasının rəyində bildirilib ki, cəsəddə işgəncə izləri olmayıb.

İrina ilə birgə eyni mövqedə 5 müqaviləli əsgər də döyüşüb, hamısı öldürülüb.

“İrinanın yerləşdiyi hündürlük "təhlükəsiz" sayılırdı. Bu, Vardenis bölgəsində ən yüksək mövqe idi. Azərbaycanlıların ora necə yol açması hamı üçün xoşagəlməz sürpriz oldu”, - deyə İrina Qasparyanın komandiri mətbuata bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər