Xersona 30 km qaldı, artilleriya işə başlayır...
Dərc olunub:
8-10-2022, 09:44
Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən işğalda olan Xersona qədər 30 km məsafə qalıb.
Avrasiya.net xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Ukrayna SQ-nin Posad-Pokrovdakı mövqeyindən Xersona təxminən 30 km-dır. Bu mövqedən Xersondakı evlər artıq görünür. Bu, çox yaxşıdır, çünki bütün artilleriya növləri işə başlayacaq”, - deyə o bildirib.