Sizin Reklam Burada

Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapılıb

Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapılıbRusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.

Məlumatı “RİA Novosti” yayıb.

"Ehtimala görə “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb. Havadakı buludluluq dağılır. Görünüş yaxşılaşır. Mi-8 eniş etməyi planlaşdırır", - mənbə agentliyə bildirib.

Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir.

İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər