Sizin Reklam Burada

İran koronavirus peyvəndinin istehsalına başlayır

İran koronavirus peyvəndinin istehsalına başlayırİyulda 3 milyon, avqustda 12, sentyabrda isə 20 milyon doza “Cov İran Barakat” peyvəndi istehsal edilib İranın Səhiyyə Nazirliyinə veriləcək.

Bu sözləri İmam Xomeyninin Vəsiyyətlərinin İcrası Təşkilatının sədri Muhəmməd Mühbir jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda İranda iki müəssisə peyvənd istehsalı ilə məşğul olur. Peyvəndlər insanlara pulsuz vurulacaq. İranda sentyabr ayında peyvənd problemi tamamilə həll olunacaq.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə son 24 saat ərzində İranda 9 min 209 nəfər koronavirusa yoluxub, 155 nəfər isə yoluxaraq ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 2 milyon 954 min 309 nəfər, ölənlərin sayı isə 80 min 813-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 522 min 702 nəfər isə sağalaraq evə buraxılıb.

İranda yoluxma və ölüm hallarında azalma müşahidə edilir.(AzərTAc)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər