Sizin Reklam Burada

Ersin Tatar gənclərə "Şimali Kipr Türk Cümhuriyyətini qoruyun!" çağırışı etdi

Ersin Tatar gənclərə "Şimali Kipr Türk Cümhuriyyətini qoruyun!" çağırışı etdiŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə gənclərə mesaj ünvanlayıb.

Avrasiya.net-in xəbərinə görə, Ersin Tatar müraciətində gənclərə Şimali Kipr Türk Cümhuriyyətini qorumağı tövsiyə edib.

Ersin Tatar mesajında məzlum xalqlar və haqlara örnək olan Qurtuluş savaşının Kipr Türk xalqına da ilham qaynağı olduğunu, Kipr Türk xalqının Atatürk prinsip və inqilablarından aldığı güclə ən qaranlıq dönəmlərdə, hər cür çətinliklərə rəğmən mücadiləsini sürdürdüyünü və bu mücadiləni öz suverenliyinə dayanan ŞKTC ilə şərəfləndirdiyini vurğulayıb.

Dövlətdən, sahib olduqları suverenlik ilə azadlıqdan vaz keçmələrinin mümkün olmadığını dilə gətirən Tatar bunları qorumaq və yaşatmağın gənclərə olan borcları olduğunu bəyan edib.

"Atatürk Türkiyə Cümhuriyətini Türk gənclərinə əmanət etdiyi kimi, ŞKTC-nin də gələcəyi və təminatı gəncliyimizədir. ŞKTC gənclərimizin və gələcək nəsillərimizin çiyinlərində ucalacaq. Buna şübhəmiz yoxdur. Ən vacib vəzifələrimizdən biri gənclərimizə layiq olduqları bütün imkan və hüquqları, layiq olduqları təhsil və tədrisi sülh və təhlükəsizlik şəraitində təmin etməkdir. Bu məqsədlər üçün hər cür səy göstəririk və etməyə davam edəcəyik. Gəncliyimizdən gözlədiyimiz budur ki, şəhidlərimizdən əmanət alınan ŞKTC ilə bütün milli dəyərləri qorusunlar.

Ölkəmizi və dünyanı təsiri altına alan Covid-19 epidemiyası səbəbiylə, alınan tədbirlər çərçivəsində 19 May - Atatürkü Anma, Gənclik və İdman gününü qeyd edərkən hər şeyə rəğmən böyük bir həyəcan və coşğu yaşadığınızı bilirəm. Arzu edirəm ki, keçən il olduğu kimi, gələn il bu bayramı küçələrdə, meydanlarda və hər yerdə qeyd edək.

ŞKTC və Türkiyə Cümhuriyəti ilə bütün dünya gəncliyinin ile tüm 19 May - Atatürkü Anma, Gənclik və İdman gününü səmimi qəlbdən təbrik edərkən Mustafa Kamal Atatürk və silahdaşlarını və bütün şəhidlərimizi rəhmətlə anıram", - deyə o qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər